Koronavirusun sudan, qida məhsullarından həzm sistemi ilə yoluxub-yoluxmaması barədə çoxsaylı suallar səslənir.
Port.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan Kliniki mikrobiologiya uzmanı, professor Bahadır Ceylan koronavirusun su və həzm sistemi ilə yoluxmadığını açıqlayıb.
Amma buna baxmayaraq, həkim bildirib ki,  qida məhsullarını, suyu alan zaman paketlərin, butulkaların üzərinə ətrafdan, təmas yolu ilə virusun çökməsi mümkündür. Onlara toxunaraq bulaşıq əlləri ağız, burun və gözlərə vurmaqla yoluxmaq olar. Ona görə də marketdən alış-verişdən sonra evə gətirilən məhsulların dezinfeksiyaedicilərlə təmizlənməsi  vacibdir.

Həkim deyib ki, çiy, bişirilməyən məhsullar bol suda yaxşı yuyulmalıdır.
Mütəxəssis, virusun çiy meyvə-tərəvəzlərdən yoluxması barədə danışarkən bunun mümkün olmadığını deyib və vurğulayıb ki, bu qidalara infeksiyalı bir şəxs toxunubsa, digərləri də ona əl vurandan sonra əllərini gözə, buruna, ağıza vuraraq yalnız tənəffüs yolu ilə yoluxa bilər. Ona görə də bu məqamlara diqqət etmək, alış-verişdən sonra dezinfeksiyaedicilərdən istifadə etmək, əlləri təmiz saxlamaq, çiy məhsualları yeməzdən əvvəl bol suda yumaq vacibdir.