Məşhur ABŞ-lı iş adamı, “Microsoft”un qurucusu Bill Qeytsə görə, milyonlarla insan pandemiya bitməzdən əvvəl öləcək.

Publika.az xəbər verir ki, iş adamı bu ölümlərin çoxunun xəstəlik səbəbindən deyil, pandemiyanın səhiyyə sistemlərinə və iqtisadiyyata vurduğu zərərlə olacağını deyib.

Qeytsin sözlərinə görə bu, malyariya və HİV ilə ən çox mübarizə aparan az inkişaf etmiş ölkələrə təsir edəcək.

Pandemiyaya qarşı mübarizənin siyasi ölçüsünə toxunan B.Qeyts, Co Baydenin ABŞ prezidenti seçilməsinin hər şeyi dəyişdirməyəcəyini söyləyib.

Bill Qeyts və həyat yoldaşı tərəfindən təsis edilən Bill və Melinda Qeyts Fondu, vaksinlər vasitəsilə malyariya və poliomielit kimi xəstəlikləri yüngülləşdirməyə çalışan qlobal ittifaqın mərkəzindədir. Fond bu yaxınlarda Hindistan Serum İnstitutu ilə əməkdaşlıq etdiyini və COVID-19 peyvəndini yoxsul ölkələrə təxminən üç dollara verəcəyini elan edib.